Eskiz

Yanvar 29, 2011 Şərh yazın Go to comments

Xahişləri nəzərə alaraq eskizlər mövzusunu bu həftə yazmaq qərarına gəldim. Eskiz nədir? Bu memarın (və ya ümumiyyətlə dizaynerlərin) sifarişçilərlə ilk fikir kontaktıdır. Eskiz sayəsində memar layihəni itirə və ya qazana bilər. Sifarişçinin istəklərinə uyğun olaraq ilk beynində canlandırdığını kağıza tökmək layihənin ilk və vacib mərhələsidir. Bu proses  baxmayaraq ki, kənardan xırda görsənə bilər, amma kifayət qədər məsuliyyət tələb edir.

Santiago Calatrava

 

Bunun üçün memara ilk növbədə əl qabiliyyəti lazımdır. Təsadüfi deyil ki, memarlıq tədris olunan universitetlərdə akademik rəsm fənni tədris olunur.

Dünya şöhrətli memarların, dünya şöhrətli layihələrinə verdikləri eskizlərə baxanda bəzən bir şey başa düşmək olmur, bu normaldır. Qeyd etdiyim kimi eskiz memarın bir növ fərdi keyfiyyətidir. Lakin bir məsələni qeyd edim ki, eskizi qeyri-rəsmi iki yerə bölmək olar. Birinci memarın özü üçün çəkdiyi (bir növ qeydlərdən ibarət olan) eskizlər (memar ola bilsin ki, bir neçə nəfərlə layihəni işləyir, onların başa düşəcəyi tərzdə eskizlər), ikincisi isə  sifarişçiyə təqdim olunan daha anlaşıqlı eskizlər. Ən vacibi ikincisidir və onun gözəl alınması üçün təbii ki, memar daim öz üzərində çalışmalıdır.

Le Corbusier

Ayrı-ayrı üslublara xas cizgilər də eskizlərə təsirsiz deyil. Mələsən konstruktivizm üslubunda (binadan kənar) insanlar, ağaclar və s. özünə məxsusluğu ilə seçilir.

Frank Lloyd

Hadid

 

Moshe Safdie - Canadada yaşayış binası.


Frank Gehry


Ser Norman Foster


Başqa nümunələr

 

QEYD: bu yazıda eskizlər barədə ümumi anlayış verməyə çalışdım. Növbəti yazımda isə öz eskiz nümunələrimlə eskiz çəkməyin yollarını izah etməyə çalışacam.

  1. Ekberli Ekber
    Yanvar 29, 2011 at 12:35 pm | #1

    zaha hadid bir defe standart layihe isliyib goren? :)

  2. ceyhun
    Yanvar 29, 2011 at 1:05 pm | #2

    Təşəküller..

  3. Yanvar 31, 2011 at 12:42 pm | #4

    Urfan xoshuma geldi))ugurlar.En cox gozel mehshur memarlarin eskiz lahiyeleri mene maraliq geldi)

    • Yanvar 31, 2011 at 12:55 pm | #5

      Çox sağ ol, sənə də işlərində uğurlar :)

  1. No trackbacks yet.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.