Arxiv

Archive for the ‘Üslublar’ Category

Memarlıq və Dizayn

Dekabr 3, 2010 6 şərh

Memarlıq və dizayn – bu iki sözün yanaşı gəlməsində ustad memarların “özünəməxsus cizgiləriylə” layihələndirdiyi dizayn nümunələridir. Ən çox kreslo (qoltuqlu kürsü) dizaynı verən memarlar adətən bunu limitli sayda edib, bəzən imzasını atıb ən hörmətli dostlarına “əvəzsiz hədiyyə” kimi bağışlayırlar və yaxud da kütləvi istehsal edib öz sənətinin dünyaya yayılmasına nail olurlar.

Dünya şöhrətli ser Norman Foster və onun stol diaynı:

Bəzən də məşhur memarlar öz dayanacaq layihəsini hazırlayıb bütün şəhərdə öz izini qoyurlar.

Ətraflı…

Konstruktivizm

Oktyabr 25, 2010 2 şərh

Konstruktivizim qərbdə yaransa da özünün ən yaxşı dövrünü SSRİ-də tapıb. Bu üslübda maksimal utilitarizm özünü göstərir. “Sadəlik və məqsədyönlülük” konstruktivizmin devizidir. Göstərişdən və dəbdəbədən uzaq olan bu üslübdakı binalar insanlar arasındakı ümumi bərabərliyə meyl edirdi.

Üslübün yaranmasının ilk qığılcımları 19-cu əsrin sonlarında özünü göstərdi. Dəmir-beton konstruksiyalardan istifadə etməklə iri həcmlər yaratmaq mümkün olurdu. Bu konstruksiya həm də binadan kənara çıxan və havada qalan konstruksiyalar yaratmağa imkan verirdi. Material kimi adətən saf betondan üzlük örtüyü kimi istifadə edirdilər. Indi də bu materialdan bəzi müasir evlərdə, binalarda görmək olar. Ətraflı…

Bakı və brutalizm

May 1, 2010 6 şərh

Mövzunun adındakı iki söz təəssüf ki bir birinə uyğun gəlmir. Çünki brutalizm ümumiyyətlə Azərbaycana gəlib çıxmayıb. Bunu dövrünün memarlarının səhvi də adlandırmaq olar, bu cür üslubda “əsərlər” yaratmayıblar. Amma bu üsluba çox yaxın olan tikililərə rast gəldim ancaq onlar brutalizm dövründən qalan tikililər yox əsasən 80-ci illərin sovet tikililəri olduğundan onları tam brutal üslubun nümunəsi adlandərmaq düzgün olmaz. Ətraflı…

Brutalizm

Aprel 18, 2010 7 şərh

20-ci əsr memarlıq üslublarından ən kobud və ən xoşuma gələn üslub- Brutalizm.

Sözün mənası ingilis dilindən tərcümədə “kobud” deməkdir. 1950-ci illərin ortalarında yaranıb. Bu üslubda kobud ağır formalar ön plana çəkilir. Aşkar konstruksiyalar və ya mühəndis qurğularına rast gəlinir. Dekor isə digər əksər 20-ci əsr üslubları kimi bu üslubda da imtina edilmişdi. Səbəb isə konstruksiya və materialların təbii formasını itirməsi idi. Forma olaraq düzbucaqlı daha çox istifadə edilirdi. Bu üslub Qərbi avropada, ABŞ-da, və Yaponiyada daha çox istifadə edilirdi. Bakıda da bu üslubda tikililərə rast gəlinir (Bakıdakı nümunələrə aid xüsusi məqalədə ətraflı məlumat verməyi planlaşdırıram). Ətraflı…