Yeni ünvana köçdük

Fevral 13, 2011 5 şərh

Əziz oxucular, bundan sonra memarliq.wordpress.com– u yeni ünvanda – MEMARLIQ.com -dan izləyə bilərsiniz.

Yeni ünvanda görüşənədək =)

Advertisements

Eskiz

Yanvar 29, 2011 5 şərh

Xahişləri nəzərə alaraq eskizlər mövzusunu bu həftə yazmaq qərarına gəldim. Eskiz nədir? Bu memarın (və ya ümumiyyətlə dizaynerlərin) sifarişçilərlə ilk fikir kontaktıdır. Eskiz sayəsində memar layihəni itirə və ya qazana bilər. Sifarişçinin istəklərinə uyğun olaraq ilk beynində canlandırdığını kağıza tökmək layihənin ilk və vacib mərhələsidir. Bu proses  baxmayaraq ki, kənardan xırda görsənə bilər, amma kifayət qədər məsuliyyət tələb edir.

Santiago Calatrava

 

Bunun üçün memara ilk növbədə əl qabiliyyəti lazımdır. Təsadüfi deyil ki, memarlıq tədris olunan universitetlərdə akademik rəsm fənni tədris olunur.

Ətraflı…

Biliksiz Sifarişçi

Yanvar 25, 2011 1 şərh

Azərbaycanda xüsusilə Bakıda ən son problemlərdən biri memarlıqla əlaqədar problemlərdir. Bu sahədə olan insanlar problemin kökünü bilir, lakin kənardan baxan şəxslər təəssüf ki, məsələnin nə yerdə olduğunu təbii olaraq tam bilmirlər.

Problem : Səviyyəsiz memarlıq.

Səbəblər: Savadsız memarlar, Rüşvətxorluq və Biliksiz sifarişçi.

“Problem” hamıya aydındır. Müasir Bakının memarlığı bu cür memarlıq kökü olan bir ölkə üçün təəssüf ki, biabırçı həddədir.

Səbəblər də yəqin ki, ilk ikisi (savadsızlıq, rüşvətxorluq) hamıya aydındır. Memarlıq təhsilinin ölkəmizdə bərbad səviyyədə tədris olunması son 10 ildə fəaliyyətə başlayan gənc memarlarda özünü göstərir.

“Rüşvətxorluq” da həmçinin ümummilli problemimizdir. Ölkədə ən güclü senzura memarlığa qoyulan senzura olmalıdır ki, bu maneəni  də pulla-rüşvətlə asanlıqla həll etmək olur.

Diqqətinizə çatdırmaq istədiyim ən vacib səbəblərdən biri isə bir çoxlarının bilmədiyi “biliksiz sifarişçi” məsələsidir. Memarlıq elə sahələrdəndir ki, sırf sifarişçiyə bağlı olan sənətdir. Əgər hər hansısa iş adamı “külli miqdarda” vəsait ayırmasa heç bir memar öz xərcləri ilə böyük memarlıq işi görə bilməz. Şifarişçi isə külli miqdarda pulu işə yatırmaq üçün əlbəttə ki, büdcəsində müəyyən qədər vəsaiti olmalıdır. Bu ölkədə kobud desək pullu insanların çoxu biliksiz, zövqsüz olduqları üçün, üstəlik memarın işinə birbaşa müdaxilə etdikləri üçün müasir memarlığımız da bu vəziyyətə düşüb.

Belə bir yanaşma var ki, əsl memar sifarişçinin yersiz istəklərini qəbul etməməyi bacarmalıdır, öz sözü olmalıdır. Amma yenə əvvəlki səbəblər ön plana çıxır. Savadlı memar layihəni qəbul etməsə də savadsızlar məmnuniyyətlə o sifarişçini qəbul edib, lazımsız layihə verəcəklər. Bundan sonra 2-ci səbəb də işə düşür – rüşvət. Rüşvətlə həmin layihə təstiq olunur və tikilir.

Belə çıxır ki, dairəvi əlaqələnən probemlər, səbəblər Bakı memarlığını bu günə salıb. Bunun düzəlməsi üçün isə hərtərəfli düzəlişlərə ehtiyac var. Bəzi hallarda memarlar, bəzən qanunverici orqanlar çox hallarda isə günahkar sifarişçilərdə olur.

Bilet N: x

Yanvar 21, 2011 5 şərh

Bu yazımın mövzusu biraz fərqli olacaq. Belə ki, bu günlərdə Memarlıq Tarixindən imtahan verdim və mövzular çox maraqlı olduğu üçün mənə düşən sualları və cavablarımı sizinlə bölüşmək istədim. Əvvəlcədən hazırlaşdığım mövzular olsa da məncə hər bir memar tələbə bu mövzulardan az-çox bilməlidir. Üstəgəl iki layihənin şəklini də çəkdim, bilirəm ki müəllimimiz Raya xanım bu cür xırdalıqlara böyük əhəmiyyət verir 😉

Bilet N: x

1. 19-20 ci əsr sənaye memarlığı (Bakı)

2. Le korbuzyenin erkən tikililəri

3. Sidney teatrı (Utzon)

4. M. Hüseynovun yaradıcılığı

5. Bakıda “Alimlər evi”.(M. Hüseynov)

Ətraflı…

Eyvanlar

Yanvar 16, 2011 3 şərh

Memarlıqda kifayyət qədər vacib və çox işlənən elementlərdən biri də eyvanlardır. Bu səfərki yazımı post şəklində yox, post yazmağa hazırlaşanda götürdüyüm qeydlərimi sizinlə bölüşəcəm.

1. İçəri girmiş eyvanlar (istənilən qədər dərinə gedə bilər), Fransız eyvanları (demək olar fasaddan çıxmır), adi eyvanlar (maksimum 1,5 m binadan çıxa bilər), Terraslar (terraslara tam eyvan demək olmaz, çünki ölçüləri çox böyük də ola bilir, həyət kimi)…

Ətraflı…

Maraqlı Tikililər

Yanvar 9, 2011 4 şərh

Axtarış edərkən bir çox mənbələrdən əlimə maraqlı tikililər düşüb, hansıki birin görmüşəm birin yox.. onları sizinlə bölüşmək istədim.

Bir çox memar üçün qəbul olunmuş qaydadır ki hansısa layihəyə başlamazdan əvvəl dünyada nələrin olub-olmamasını araşdırsın. Bir çoxları isə fikirləşir ki, bu memarın düşüncələrinə təsir edir və kopyalama ola bilər. Ancaq mənim fikrimcə bu səhv yanaşmadır, beyindəki idea mexanizmini hərəkətə gətirmək üçün real olanlarla tanış olmaq vacibdir. Yoxsa hardan bilə bilərsən ki nəyi edə bilərsən nəyi yox.. Bunun düzgünlüyünü təcrübəli memarlar təstiqləyir.

Yeri gəlmişkən dahi azərbaycan memarı M. Hüseynovun gənc memarlara tövsiyyə və arzuları (və ya vəsiyyəti) bunlar idi. Ətraflı…

Memarlıqda səhvlər

Dekabr 26, 2010 1 şərh

Yeni il ərəfəsi olduğundan bütün bloglar yeni il əhvalındadır, hamı gülməli, əyləncəli nə isə post edir. Məndə isə memarlıq bloqu olduğundan fikirləşdim memarlıqda olan gülməli səhvləri sizinlə bölüşüm 🙂

Həm gülməlidir həm də maarifləndirici. Birinci dəfə bu səhvləri 2-3 il qabaq görmüşdüm amma gülməli gəlməkdənsə sözün açığı biraz pis təsir etmişdi, bir həftə yadıma düşdükcə bir təhər hiss edirdim 🙂 amma nəzərə alın ki (çox güman) bunların çoxu real deyil.

Ətraflı…

%d bloqqer bunu bəyənir: