Əsas səhifə > Ümumi, Təhlil > Maraqlı Tikililər

Maraqlı Tikililər

Axtarış edərkən bir çox mənbələrdən əlimə maraqlı tikililər düşüb, hansıki birin görmüşəm birin yox.. onları sizinlə bölüşmək istədim.

Bir çox memar üçün qəbul olunmuş qaydadır ki hansısa layihəyə başlamazdan əvvəl dünyada nələrin olub-olmamasını araşdırsın. Bir çoxları isə fikirləşir ki, bu memarın düşüncələrinə təsir edir və kopyalama ola bilər. Ancaq mənim fikrimcə bu səhv yanaşmadır, beyindəki idea mexanizmini hərəkətə gətirmək üçün real olanlarla tanış olmaq vacibdir. Yoxsa hardan bilə bilərsən ki nəyi edə bilərsən nəyi yox.. Bunun düzgünlüyünü təcrübəli memarlar təstiqləyir.

Yeri gəlmişkən dahi azərbaycan memarı M. Hüseynovun gənc memarlara tövsiyyə və arzuları (və ya vəsiyyəti) bunlar idi.

1. Yüksək sənətkarlıq

2. Köklərə bağlılıq – el memarlığına, yaradıcılığına söykənmək

3. Dünya memarlığını tanımaq, gəzmək, görmək.

Mənim əlavəm artıq olar amma öz fikimi bildimək istərdim. Məncə birinci fikir yəni yüksək sənətkarlıq bu işdə mütləqdir. Memarlığa bəzən “incəsənətdə kobudsənət” də deyirlər. Kobudluq onun xarakteri, incəsənət isə onun ruhudur. Mənə görə binaya baxanda hansısa hiss, duyğu keçirmədiyin bina yaxşı bina deyil.

Köklərə bağlılıq haqda da tamamilə razıyam.. Klassik rəssamlığı bilməyən rəssam müasir rəssamlığı heç vaxt layiqincə yerinə yetirə bilməz. Eynilə memarlıq tarixini bilməyən memar “modern arch” yarada bilməz.

Üçüncü fikir də maraqlıdır amma bunun üçün alternativ var – internetdə axtarış edib dünyada nələrin olub-olmmasını görmək. Hüseynovun dövründə internet yox idi, imkanlar məhdud idi. Ancaq indi hər şey çox daha sadə və asandır. Heç olmasa internetdə gündəlik memarlıqla əlaqədar bircə saat vaxt keçirmək lazımdır.

Yuxarıdakı bina tam konstruktiv, kubistik tərzdədir. Heyf ki indi “bu cür binalar dəbdə deyil”.. 20-ci əsrin fəxr olunası tərzi elə 20-ci əsrdə də qaldı.

Fantaziyanın yüksək inkşafının nümunəsi, maraqlı həlldir.

Bu binada diqqətimi çəkən məqam o oldu ki – bəzi binalarda çıxıntılar olur, bu binada da elə görsənir ancaq burda kompazisiyada  girintilər demək olar. Çünki çıxıntı faizi girinti faizindən çoxdur (bu sadəcə mənim fikrimdir).

Bu layihə fantaziyadan ibarətdir, real olduğuna inanmıram. Amma yadımdadır ki 1-ci kursda oxuyanda bu cür fantastik layihələr edəcəyimizi xəyal edirdik, tez-tez bu tip bna eskizləri çəkirdik 🙂

Burda hər şeyi bir-birinə qarışdırıblar amma maraqlı elementlər var. Məsələn pilləvari çıxıntılar xoşuma gəldi.

Ümumiyyətlə gərək memarda səliqə-səhman olsun. Bu keyfiyyət memarın işində mütləq özünü biruzə verir. Yuxarıdakı layihə də səliqəsi və “keyfiyyəti” ilə diqqətimi çəkdi.

Bu binada maraqlı çıxıntılar var, üstəlik bunlar sadəcə dekorativ yox həm də funksionaldır, eyvan kimi istifadə olunur.

Daha əvvəl qeyd etdiyim kimi bəzən boğucu küçəyə sərinlik gətirmək lazım gəlir. High Tech üslubu ilə (yəni şüşə və dəmir elementlərin binada çox işlənməsi) bu cür “ürəkaçan sərinlik” əldə etmək olar.

Yenə 20-ci əsrə xas material və forma. Bu tip elementlər həm maraqlı fasad həm də mürəkkəb interier verir.

Belə iri həcmlər həmişə maraqlı baxılır. Hər nə qədər pəncərə, işıqlanma az olsada təii ki funksiyadan asılı olaraq layihəni bu cür  həll etmək olar, xoşagələndir.

Yenə yer çəkiminə, fizikaya meydan oxuyan binalardan biri.

Bu binada rəng və iri həcm maraqlı həll olunub.

Çin öz qədim memarlıq ənənələrini müasir memarlıqda əsk etdirib.

Amsterdamda otel.. əlavə şərhə ehtiyyac yoxdur.

Gürcüstanda çox maraqlı konstruktiv bina.

Bu evin konstruksiyası çox xoşuma gəlir, üstəlik, sanki “bu cür ağırlıq havada belə durmaz” deyən savadsız memarların acığına binanın baş tərəfində yelləncək də quraşdırıblar 🙂 əhsən.

Advertisements
  1. Pərviz
    Yanvar 11, 2011 tarixində, saat 7:33 axşam

    Maraqlıdır! Təşəkkürlər)

    • Yanvar 11, 2011 tarixində, saat 8:02 axşam

      Çox sağ ol, Pərviz)

  2. Yanvar 13, 2011 tarixində, saat 8:55 səhər

    Çox Maraqlıdır ;))

    • Yanvar 13, 2011 tarixində, saat 9:00 səhər

      Təşəkkür edirəm, Həmid 🙂

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: