Əsas səhifə > Ümumi, Təhlil > Bilet N: x

Bilet N: x

Bu yazımın mövzusu biraz fərqli olacaq. Belə ki, bu günlərdə Memarlıq Tarixindən imtahan verdim və mövzular çox maraqlı olduğu üçün mənə düşən sualları və cavablarımı sizinlə bölüşmək istədim. Əvvəlcədən hazırlaşdığım mövzular olsa da məncə hər bir memar tələbə bu mövzulardan az-çox bilməlidir. Üstəgəl iki layihənin şəklini də çəkdim, bilirəm ki müəllimimiz Raya xanım bu cür xırdalıqlara böyük əhəmiyyət verir 😉

Bilet N: x

1. 19-20 ci əsr sənaye memarlığı (Bakı)

2. Le korbuzyenin erkən tikililəri

3. Sidney teatrı (Utzon)

4. M. Hüseynovun yaradıcılığı

5. Bakıda “Alimlər evi”.(M. Hüseynov)

1. 19-20 ci əsrlərdə Bakıda sənayenin bir çox sahələrində dirçəliş özünü göstərirdi. Təbii ki hər bir dirçəliş, oyanma digər sahələrin də inkşafına yol açır. Məsələn Bakıda neft sənayesinin inkşafı ilə əlaqədar mühəndis avadanlıqları sahəsində, zavod, fabrik, sənaye işçilərinin yaşayış binaları və s. sahələrdə dirçəliş özünü göstərdi. Əsasən dövlət sifarişləri olan belə binaların inşaasına yüksək səviyyəli memarları dəvət edirdilər. Yerli memarlarla yanaşı bəzən xarici memar, mühəndislər də layihələrə cəlb olunurdular. Sənaye tikililəri adətən iriaşırımlı olduğu üçün memarlıqda yeniliklər tətbiq olunur, bu tikililər yeni üsullarla ərsəyə gətirilirdi. Balıqçılıq, toxuculuq, neft, pambıqçılıq və sarə sənaye sahələrinin inkşafı üçün daim paytaxtda və paytaxtdan kənar sənaye binaları tikilirdi.

2. Le Korbuzye 1887-1965 ci illərdə yaşamış dahi isveçrə əsilli fransız memarıdır. Onun yaradıcılığı hər bir memar üçün məktəb sayılır. Korbuzyenin memarlığa gətirdiyi yeniliklər saysız hesabsızdır. O, müasir memarlığın təməlini qoyanlardandır. Korbuzye yaradıcılığını digər dünya şöhrətli memarlar kimi 2 yerə bölmək olar. Erkən dövr memarlığına xas tikililəri daim yeniliklər axtarışı dövrü kimi də qiymətləndirmək olar. Korbuzye konstruktivizm cərəyanının ən görkəmli nümayəndəsi olmuş və layihələrinin demək olar ki hamısını bu üslübda işləmişdir. Yaradıcılığının erkən dövründə 1914-30 cu illərdə memarın villalar dövrü kimi qiymətləndirmək olar. Həmin ərəfədə memar bir çox villanın müəllifi olmuşdur. Bu villalar, öz material və xarakterinə görə özünəməxsus idi. Memar fasadı konstruktivizmə xas düz, kəskin xətlərlə həll edirdi. Bu dövrdə tək villa layihələri yox həmçinin daha böyük obyektlərin də həllini vermişdi. Həmçinin onun yaradıcılığına kubizm xas idi. Və erkən dövr layihələrini bu üslübda həll edirdi. Öz məşhur 5 prinsipi də konstruktivizm, kubizm, funksionalizmin daha da zəngin formada işlənilməsinə şərair yaradırdı. Korbuzye yaradıcılığının erkən dövründə tikilən layihələrə misal olaraq – Ozenfant studiyası (1922), Veissenhofda villa (1927), Savoy villası (1928-29), Fransada Stein villası (1927) və .-nin adını çəkmək olar.

3. Sidneyin simvolu olan Sidney Operası həm də dünya şöhrətli memarlıq nümunəsidir. Layihənin memarı dünya şöhrətli Jorn Utzon-dur. Bina 1973-ci ildə istifadəyə verilib. Layihə dənizin sahilində yerləşir və bir çox rakusdan öz gözəlliyi ilə insanı valeh edir. Təsadüfi deyil ki memar bu layihəyə görə bir çox mükafatlarla təltif olunub. Kompleksə 5 teatr salonu, 4 restoran, və bir çox mağazanı özündə birləşdirən kiçik ticarət mərkəzi daxildir. Bina, balıqqulağına bənzər formada layihələndirilmişdir. Bu tikili həm xaricdən həm də dxildən mükəmməl memarlıq bacarığı ilə həll olunub. Yerləşdiyi yerdə 2000 kv.m-i əhatə edir. Layihədə funksionalizm və High-Tech üslubuna xas cizgilər var.

4. Azərbaycanın fəxri olan Mikayıl Hüseynov 1905-ci ilə anadan olmurşdur. Hüseynov tək memar yox həm də memarlıq tarixçisi idi. Təsadüfi deyil ki onun yaradıcılığı sanki bütöv Azərbaycan memarlığını özündə əks etdirir. Memar tarixi Azərbaycan memarlıq nümunələrini yeni, özünə məxsus tərzdə öz layihələrində ifadə edirdi. Onun layihələri öz dinamikası, ritmləri, işıq-kölgəsi ilə digər bütün Azərbaycan memarlarından fərqlənir. Memar tək Azərbaycanda yox həm də ölkə hüdudlarından kənarda da bir çox obyektləri layihələndirmişdir. Göstərdiyi xidmətlərə görə bir çox mükafatla təltif olunub. Milli Elmlər Akademiyasının akademiki (1945), Sosialist Əmək Qəhrəmanı (1945), SSRİ xalq memarı (1970). Layihələri içərisində – Elmlər akademiyasının binası, Musuqi akademiyası, Rəssamlıq ittifaqı, Bakıda çoxsaylı yaşayış evləri və s.-dir. Bütün layihələrinə millik, yüksək zövq, şərq-qərb memarlıq ənənələirnin sintezi xasdır. Bir çox layihələriməsələn, Nizami kinoteatrı, Axundov adına milli kitabxana maksimalizm üslubundadır. Bağ evlərinin, yaşayış binalarının, ictimai binaların, otellərin, idman komplekslərinin, muzeylərin müəllifi olub.

5. M. Hüseynovun ən məşhur layihələrindən biri də Bakıda “Alimlər Evi” layihəsidir. Memar bu layihəni dostu Sadıq Dadaşovla birgə müharibədən qabaq layihələndirib. Bina müharibədən sonra tikilib sakinlər isə 50-51 –ci ildən həmin binaya köçməyə başlayıblar. Bəhram Gurun heykəli olan hovuz da ansablın tərkib hissəsidir. Dənizə gözəl mənzərə açılır. Binanın kompazisiyasında memar milli azərbaycan musiqisinin ritmlərindən istifadə etmişdir. Eyni zamanda qərb memarlığına xas xizgilərə də rast gəlmək olar.

QEYD 1: Yeri gəlmişkən bu imtahandan 10 aldım 🙂

QEYD 2: Biletin nömrəsini qeyd etməməyimin səbəbi isə gələn illərdə saxtakarlığın qarşısını almaq məqsədilədir 😀

Advertisements
  1. Yanvar 21, 2011 tarixində, saat 4:26 axşam

    cox gozel Urfan,Seni tebrik edirem!

    • Yanvar 22, 2011 tarixində, saat 5:21 səhər

      Çox sağ ol 🙂

  2. ceyhun
    Yanvar 28, 2011 tarixində, saat 7:59 səhər

    cox gözəl.layihə işlərinidə (kurs işlərini) də yerləşdirsən maraqlı olar.

    • Yanvar 28, 2011 tarixində, saat 8:17 səhər

      Çox sağ ol, Ceyhun. Bu barədə fikirləşirəm.. Ola bilsin gələn yazılarımdan biri keçən smestr layihəmin izahatı olsun.

  3. genc memar
    Fevral 24, 2011 tarixində, saat 7:16 səhər

    ehsen heveskar memarlara…

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: