Arxiv

Archive for the ‘Fasad Üzlükləri’ Category

Penoplast üzlüklər

Noyabr 27, 2010 6 şərh

Artıq köhnə ağır, bahalı, uzun müddətə başa gələn daş örtüklər öz yerini fasada eyni görünüş və effekti verən penoplast örtüklərə verir.

Materialı Azərbaycanda bir çox şirkət o cümlədən Türkiyənin TİVİ MMC şirkəti təklif edir. Klassik fasad üçün yüngül, ucuz və tez başa gələn bu material hamıya tanışdır. Adətən televizor alanda qoruyucu ağ baloncuqlardan ibarət olan materialla küncləri bərkidilmiş olur. Penoplast həmin materialdır. Artıq tikinti sektoruna da girən bu material həm, fasad örtükləri, həm mərtəbəarası örtüklər həm də dam örtüyü kimi istifadə olunur. Ətraflı…

Advertisements

Bürümə, örtmə materialı

Noyabr 20, 2010 2 şərh

20-23 oktyabrda “Baku Build 2010” sərgisində qarşıma çıxan yeni material Azbürümə şirkətinin təklif etdiyi PVX (bir növ salafan demək olar. Rezin kimi dartılan amma bərk,qalın salafan) təbəqəsi idi.

İlk diqqətimi materialın tent materialla müqayisə olunması və ondan daha ucuz, keyfiyyətli başa gəlməsi idi. Amerikanın DR.Shrink şirkətinin ekzklüziv distribütoru olan Azbürümə şirkəti bu materialı gətirməzdən əvvəl hər yerdə tent materialdan geniş istifadə olunurdu. Əgər doğrudan da bu salafan material öz keyfiyyətinə cavab versə, özünü doğrultsa, şirkətə xeyli təlabat yaranar. Ətraflı…

Üzlük Materiallar – Mis

Noyabr 9, 2010 4 şərh

Bu gün dünyada onlarla yeni üzlük materiallar istehsal olunur. Onlar adətən özlərindən əvvəlki materiallardan qat-qat keyfiyyətli, praktik, ucuz başa gələn olur (bəzən də təhlükələri..)

Bu yazımda mis üzlüklərdən danışacam.

Bu material fasadda istənilən əyrilikləri almaqda və fasada özünəməxsus effekt verməkdə memara çox kömək olur.

Mis örtükdən fasad, dam örtüyü kimi istifadə oluna bilər. Bəzən interyerdə də istifadə olunur, adətən ictimai binaların keçid məkanlarında (dəhliz, vestibül və s.) Fasadda örtüyün altında quraşdırılan izolyasiya təbəqəsi isti və soyuğun daxilə keçməsinin qarşısını alır. Ətraflı…

%d bloqqer bunu bəyənir: