Arxiv

Archive for the ‘İnterier’ Category

Memarlıq və Dizayn

Dekabr 3, 2010 6 şərh

Memarlıq və dizayn – bu iki sözün yanaşı gəlməsində ustad memarların “özünəməxsus cizgiləriylə” layihələndirdiyi dizayn nümunələridir. Ən çox kreslo (qoltuqlu kürsü) dizaynı verən memarlar adətən bunu limitli sayda edib, bəzən imzasını atıb ən hörmətli dostlarına “əvəzsiz hədiyyə” kimi bağışlayırlar və yaxud da kütləvi istehsal edib öz sənətinin dünyaya yayılmasına nail olurlar.

Dünya şöhrətli ser Norman Foster və onun stol diaynı:

Bəzən də məşhur memarlar öz dayanacaq layihəsini hazırlayıb bütün şəhərdə öz izini qoyurlar.

Ətraflı…

Advertisements

Pilləkənlər

Oktyabr 18, 2010 8 şərh

Memarlığın başlanğıcı pilləkənlərdir. Bu memarlığa giriş hesab olunur.

Ümumi məlumat – Pilləkənin standart hündürlüyü 150 mm. , eni isə 300 mm. olmalıdır. Bunun səbəbi insanın pilləkənlə rahat çıxması üçün ayağını 45 dərəcədə yuxarı qaldırmasıdır. 15 sm. + 30sm. də 45-ə bərabərdir. Əgər yer problemi varsa memar 1, 2 sm. ölçülərdə dəyişiklik edə bilər ancaq bu dəyişikliyik cəmin 45 olmasına mane olmamalıdır. Yəni hündürlüyü 160 mm etmək üçün mütləq en 290 mm. olmalıdır. Və ya 140 mm hündürlük üçün en 310 mm. olmalıdır. Ətraflı…

Kiçik İşlərlə Böyük Dizayn

Oktyabr 9, 2010 4 şərh

Son bir neçə aydır ki, qarşıma interyer dizaynında yeni bir cərəyan çıxıb. Bu qeyri-rəsmi cəryanı “kiçik işlərlə böyük dizayn” adlandırmaq olar.

İlk dəfə dizayner Ziemowit Maj tərəfindən yaradılan bu dizayn işləri evləri, ofis və ya ictimai binaları daha da rəngarəng edir. Ətraflı…

Yeni nəsil qapılar

Oktyabr 1, 2010 9 şərh

Memarlıqda olduqca vacib elementlərdən biri də qapılardır. İlk baxışdan o qədər də çətin görsənməsə də, memar gərək onların eni, uzunluğu, hansı tərəfə açılması, növü, materialı, işıq keçirdib-keçirməməsini, otağa görə rahat yerləşdirməsini və s.-ləri bilsin.

(Qapıların eni planda minimum 1000 mm. , hündürlüyü min. 2200 mm. , qoşa qapıların eni min. 1200 mm. (hər tay 600 mm.) olmalıdır)

Bu, qapılar haqda ümumi məlumat idi, bu yazımda isə yeni nəsil qapıları sizinlə bölüşmək istəyirəm. Şəkillərdə gördüyünüz qapıları bir neçə gün əvvəl memarlıq və dizayn sahəsində ixtisaslaşmış www.digsdigs.com saytı nümayış etdi. Ətraflı…

%d bloqqer bunu bəyənir: