Arxiv

Archive for the ‘Təhlil’ Category

Eskiz

Yanvar 29, 2011 5 şərh

Xahişləri nəzərə alaraq eskizlər mövzusunu bu həftə yazmaq qərarına gəldim. Eskiz nədir? Bu memarın (və ya ümumiyyətlə dizaynerlərin) sifarişçilərlə ilk fikir kontaktıdır. Eskiz sayəsində memar layihəni itirə və ya qazana bilər. Sifarişçinin istəklərinə uyğun olaraq ilk beynində canlandırdığını kağıza tökmək layihənin ilk və vacib mərhələsidir. Bu proses  baxmayaraq ki, kənardan xırda görsənə bilər, amma kifayət qədər məsuliyyət tələb edir.

Santiago Calatrava

 

Bunun üçün memara ilk növbədə əl qabiliyyəti lazımdır. Təsadüfi deyil ki, memarlıq tədris olunan universitetlərdə akademik rəsm fənni tədris olunur.

Ətraflı…

Advertisements

Bilet N: x

Yanvar 21, 2011 5 şərh

Bu yazımın mövzusu biraz fərqli olacaq. Belə ki, bu günlərdə Memarlıq Tarixindən imtahan verdim və mövzular çox maraqlı olduğu üçün mənə düşən sualları və cavablarımı sizinlə bölüşmək istədim. Əvvəlcədən hazırlaşdığım mövzular olsa da məncə hər bir memar tələbə bu mövzulardan az-çox bilməlidir. Üstəgəl iki layihənin şəklini də çəkdim, bilirəm ki müəllimimiz Raya xanım bu cür xırdalıqlara böyük əhəmiyyət verir 😉

Bilet N: x

1. 19-20 ci əsr sənaye memarlığı (Bakı)

2. Le korbuzyenin erkən tikililəri

3. Sidney teatrı (Utzon)

4. M. Hüseynovun yaradıcılığı

5. Bakıda “Alimlər evi”.(M. Hüseynov)

Ətraflı…

Maraqlı Tikililər

Yanvar 9, 2011 4 şərh

Axtarış edərkən bir çox mənbələrdən əlimə maraqlı tikililər düşüb, hansıki birin görmüşəm birin yox.. onları sizinlə bölüşmək istədim.

Bir çox memar üçün qəbul olunmuş qaydadır ki hansısa layihəyə başlamazdan əvvəl dünyada nələrin olub-olmamasını araşdırsın. Bir çoxları isə fikirləşir ki, bu memarın düşüncələrinə təsir edir və kopyalama ola bilər. Ancaq mənim fikrimcə bu səhv yanaşmadır, beyindəki idea mexanizmini hərəkətə gətirmək üçün real olanlarla tanış olmaq vacibdir. Yoxsa hardan bilə bilərsən ki nəyi edə bilərsən nəyi yox.. Bunun düzgünlüyünü təcrübəli memarlar təstiqləyir.

Yeri gəlmişkən dahi azərbaycan memarı M. Hüseynovun gənc memarlara tövsiyyə və arzuları (və ya vəsiyyəti) bunlar idi. Ətraflı…

Neft Texnikləri Sarayının Təhlili (Mikayıl Hüseynov)

Aprel 10, 2010 3 şərh

Növbəti memarlıq incisi – M.Hüseynovun layihələndirdiyi Neft Texniklərinin Sarayını təhlil etdim və düşündüm ki bunu sizinlə mütləq bölüşməliyəm.

Binanın fasadında maraqlı mütanasüblüklər var, musiqi ritmləri və ilahi bölgülər. Təəssüf ki binanın indi mövcud olub olmamasın öyrənə bilmədim amma hər halda layihə çox gözəldir. Ətraflı…

“Dövrünü qabaqlamış ev”in təhlili

Mart 27, 2010 4 şərh

Memar M. Hüseynovun bağ evini təhlil etmək və sizinlə bölüşməyi çoxdan istiyirdim. Ön fasadın ortoqonal layihəsin tapa bilmədim. Təhlillərim perspektiv təsvirdən olsa da güman edirəm ki təxmini ölçüləri tapa bilmişəm. Planları da həmçinin təxmini, yaddaşımdan istifadə edərək çəkdim.

Ev bir nəfərin yaşaması üçün nəzərdə tutulub. Ancaq evdə rahatlıq və estetiklik yüksək səviyyədə həll edilib. Ətraflı…

%d bloqqer bunu bəyənir: